Haqqımızda

Studiya

“Nəriman Memarlıq” MMC, Memar Nəriman İmaməliyev tərəfindən 2001 –ci ildə təsis edilmişdir. Şirkətin əsas ofisi Bakı şəhərində yerləşsə də, studiya Azərbaycanın və dünyanın bir çox şəhərlərində (Berlin, Moskva, İstanbul və s.) layihələr həyata keçirmişdir. Şirkətin layihələrinin böyük əksəriyyəti, Bakı və Abşeron yarımadasında yerləşir, buna görə studiyanın əsas işlərini Abşeron Memarlığı adlandırmaq olar.

Şirkətin əsas fəlsəfəsi - qədimlərdən gələn Memarlıq irsinə hörmətlə, çağdaş Memarlığın yeni dilini formalaşdırmaqdan, insanlar üçün müasir və rahat yaşam tərzini qurmaqdan, yeni yaranmış inşaat materiallarını iqlim və sağlamlıq baxımından öyrənərək layihələrdə tətbiq etməkdən, şəhər mühitinin formalaşmasına xüsusi önəm verməkdən ibarətdir.

Nəriman İmaməliyev

Baş Memar

Memar - Nəriman İmaməliyev 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-90 –cı illərdə Azərbaycan Memarlıq və İnşaat universitetində təhsil almış və 1990-94 –cü illərdə Krakov Politexnik universitetində təhsilini davam etmişdir.

1995-ci ildən etibarən Memarlıqla professional məşğul olmağa başlamış və 2001-ci ildə Nəriman Memarlıq şirkətini təsis etmişdir. 2012 –ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən Memara Azərbaycan Respublikasının əməkdar Memarı fəxri adı verilmişdir. Hal-hazırda Nəriman İmaməliyev “Nəriman Memarlıq” şirkətinin baş Memarıdır.

Ətraflı

Komandamız